Şimal bölgəsində güclü külək: elektrik dirəkləri və ağaclar aşdı

Ötən gün güclü külək Xaçmaz və Quba rayonlarında bir sıra problemlər yaradıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, elektrik enerjisinin verilişində müəyyən problemlər yaranıb.

 

Xaçmazda bəzi yerlərdə elektrik dirəkləri aşıb. Şəhərin Heydər Əliyev küçəsində ağac aşıb.
 

Quba rayonunun Zərdabi qəsəbəsində isə külək avtoyuma məntəqəsinin dam örtüyünü uçurub. 

 

Zərərçəkən Rauf Kişisalayev: "İşıqlar söndü. Oturmuşduq çayçıda. Çıxdıq görək işıqlar niyə söndü. Gördük külək başlayır. Hamısı qaçıb girdilər çayxanaya. Oturub baxırıq, dəhşətli dərəcədə küləkdir. Dedilər çinarlar aşıb, nə olub. Oturmuşduq peçin yanında, səs gəldi bayırdan. Bayıra çıxdıq, gördük dam gəlir qabağa. İnanılmaz bir şey idi, elə bir yuxu görürsən. Bu boyda dam gəlib yerə".

 

Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan