Azərbaycan prezidenti G20 sammitinə qatılmaq üçün Türkiyəyə getdi
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Böyük 20-liyin” (G20) Antalya şəhərində keçirilən sammitində iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gedib.
APA TV-nin məlumatına görə, Antalyanın beynəlxalq aeroportunda Azərbaycan prezidentini və xanımını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.