İŞİD Fransanı yeni terror aktları ilə hədələdi
İŞİD Fransanı yeni terror aktları ilə hədələyib.
APA TV-nin Reuters-ə istinadən xəbərinə görə, terrorçular yaydıqları müraciətdə bildiriblər ki, "Əgər Fransa hökuməti Suriyadakı mövqelərimizə aviazərbələri dayandırmasa, fransızlar rahatlığın nə olduğunu heç vaxt bilməyəcəklər".
Qeyd edək ki, noyabrın 13-də gecə saatlarında Parisin mərkəzi hissəsində eyni anda silsilə terror aktları törədilib. Terrorçular Fransa-Almaniya yığmaları arasında oyunun keçirildiyi stadion və rok konsertin təşkil olunduğu salonda tamaşaçıları girov götürüb. Hadisələr nəticəsində 150-dən çox insan həlak olub, xeyli sayda yaralı var. Baş verənlərlə bağlı ölkədə fövqəladə vəziyyət elan olunub.