Azərbaycan prezidenti İlham Əliyev G20 sammitində!

Noyabrın 15-də Türkiyənin Antalya şəhərində “Böyük 20-lik” ölkələri liderlərinin sammiti öz işinə başlayıb.

 

APA TV-nin xəbərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə iştirak edən Azərbaycan prezidenti İlham Əliyevi və digər ölkələrin dövlət başçılarını, həmçinin beynəlxalq təşkilatların rəhbərlərini qarşılayıb.

 

Qeyd edək ki, “Böyük 20-liyə” daxil olan ölkələr dünya sənayesinin 85 faizini, ümumi daxili məhsulun 90 faizini, dünya ticarətinin 80 faizini təmsil edirlər. Dünya əhalisinin üçdə iki hissəsi "Böyük 20-liyin" üzvü olan ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Argentina, Koreya Respublikası və Avropa İttifaqı ərazisində yaşayır.

 

Sayca onuncu dəfə keçirilən bu sammitdə Azərbaycan xüsusi dəvətli qonaq statusunda təmsil olunur. Tədbirin ənənəsinə görə, toplantıya ev sahibliyi edən ölkə tərəfindən fəxri qonaq dəvət edilir. Türkiyənin fəxri qonaq qismində Azərbaycanı seçməsi ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bir daha təsdiqi olmaqla yanaşı, Azərbaycanın iqtisadi potensialına verilən önəmin göstəricisidir.

 

Müəllif | Apa.Tv