Gəncədə qanunsuz dini məclis təşkil etmək istəyənlər saxlanıldı
Gəncədə qanunsuz dini məclis təşkil edən şəxslər saxlanılıb.
APA TV-nin verdiyi məlumata görə, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə şəhərin Əhməd Cavad küçəsi ev 47 ünvanında 5-i azyaşlı olmaqla 27 nəfərin iştirakı ilə "Yehovanın şahidləri" dini icmasının qanunsuz yığıncaq keçirməsi barədə məlumat daxil olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə nümayəndəliyi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılan şəxslər Polis İdarəsinə dəvət olunub. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 299-cu (dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsinə əsasən protokol tərtib edilərək tədbir görülməsi üçün məhkəməyə göndərilib.