DİQQƏT! Bu yol bağlandı

Ötən gecə Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

 

Bakı Şəhər İcra Hakimiyyətindən APA TV-yə verilən məlumata görə, Ramiz Quliyev küçəsində gedən təmir işləri ilə bağlı bu yola avtomobillərin girişinə qadağa qoyulub. Nobel prospekti ilə kəsişən Ramiz Quliyev küçəsinin bağlanması sürücülərə əlavə çətinliklər yaradıb.

 

Ərazidə çalışanların verdiyi məlumata görə, Ukrayna dairəsindən "Nargilə" kafesinin dairəsinə doğru yol bağlanaraq, avtomobillər Cavanşir küçəsinə yönləndirilib. Sürücülər Cavanşir küçəsindən istifadə etməklə Məhəmməd Hadi küçəsinə çıxa bilərlər.

 

Qeyd edək ki, bu yolda təmir işlərinə ötən ay başlanılıb. Köhnə asfalt örtüyü qaşındıqdan sonra ərazidəki kommunikasiya xətləri yenilənib. Yolun bir neçə günə tam təhvil verilməsi nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv