Dollar bahalaşdı, avro və rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dolları həftəyə manat qarşısında bahalaşmaqla başlayıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,0506  manat olaraq müəyyənləşdirib.

 

Avronun kursunda isə ötən həftəyə nisbətən ucuzlaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,1262 manatdır.

 

Rusiya rublu da ucuzlaşıb. Hazırda 1000 rublun rəsmi kursu 15 manat 70 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.

Müəllif | Apa.Tv
Apa.tv