ASALA Azərbaycan İpoteka Fondunun saytını dağıtdı
Azərbaycan İpoteka Fondunun rəsmi internet səhifəsinə haker hücumunun nəticələri aradan qaldırılıb.
“APA-Economics”in məlumatına görə, artıq saytın fəaliyyəti tam bərpa olunub.
Qeyd edək ki, bu gün fondun internet səhifəsinin fəaliyyət tarixində ilk dəfə olaraq sayta ciddi haker hücumu olub. Səhər saatlarında erməni terror təşkilatı ASALA tərəfindən dağıdılan http://www.amf.az saytına daxil olmaq mümkün olmayıb.