"Ən-Nusra Cəbhəsi"nin reportyoru iş başında belə öldü - HADİSƏ YERİNDƏN

Suriyada Əsəd hakimiyyətinə qarşı döyüşən "ən-Nusra Cəbhəsi"nin reportyorlarından biri öldürülüb.

 

APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, Əhməd Əbu Həmzə "Cəbhət-ün-Nusra" qruplaşmasının səhra komandirlərindən biri ilə müsahibə hazırlayarkən yanına minaatanlardan atılan mərmi düşüb.


Müsahibə vaxtı Əbu Həmzə Həma əyalətindəki Təll-Sukayk yüksəkliyindəki döyüşlər zamanı qruplaşmanın uğurları barədə reportaj hazırlayırmış. Minaatan "Cəbhət-ün-Nusra" komandirinin qruplaşma tərəfindən ərazinin nəzarətə götürüldüyü barədə informasiya verməsindən dərhal sonra partlayıb.

 

Hadisə zamanı müsahibə verən səhra komandiri də ölüb.

Müəllif | Apa.Tv
Apa.tv