İran avtobusu Türkiyədə qəza törətdi

Türkiyədə İrana məxsus avtobus qarşıdan gələn mikroavtobusla toqquşub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə zamanı mikroavtobusda 8 nəfər olub.

 

Qəza nəticəsində 7 nəfər ölüb, 1 nəfər yaralanıb. Hadisə Ağrı şəhərinin Doğubəyazit rayonunda baş verib. Ölənlərin meyiti ekspertiza üçün Doğubəyazit Dövlət Xəstəxanasına aparılıb.

 

İran avtobusunda olan sürücü və 5 nəfərin hadisə yerindən qaçdığı iddia olunur. Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv