Zaqatalada maşın ağaca çırpıldı: iki qadın yaralandı

Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə noyabrın 15-də axşam saatlarında Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda baş verib.

 

Hələlik adı açıqlanmayan sürücünün idarə etdiyi “Volksvagen Passat” markalı, 99 DT 691 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirərək, maşını yolun sağındakı ağaca çırpıb. Qəza nəticəsində sürücü xəsarət almasa da, avtomobildə olan sərnişinlər - rayonun Göyəm kənd sakini, 1962-ci il təvəllüdlü Pirdas İbrahim qızı Meselova və Zaqatala şəhər sakini, 1974-cü il təvəllüdlü Rəsmiyyə Qasım qızı Qaralova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.


Zaqatala RMX-dan APA TV-yə verilən məlumata görə, vəziyyəti ağır olan Rəsmiyə Qaralovanın xəstəxananın reanimasiya, Pirdas Meselova isə travmatologiya şöbəsinə yerləşdirilib.

 
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv