Bakıda Beynəlxalq Tolerantlıq günü qeyd edildi

Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş “Tolerantlıq: milli kimliklə vəhdəti” adlı dəyirmi masa keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə komitə sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin nümayəndəsi, o cümlədən ölkədəki müxtəlif dini konfessiyaların nümayəndələri iştirak ediblər.

 

Mübariz Qurbanlı çıxışında ölkədəki tolerant mühitdən və Azərbaycan prezidentinin bu sahədə apardığı uğurlu siyasətdən danışıb: “Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri siyasəti bugünkü uğurlu tolerant mühitin əsasını təşkil edir”.

 

Komitə sədri ölkədəki dini sabitlikdən və müxtəlif dinlərin mehriban ünsiyyətindən bəhs edib. Daha sonra çıxış edən rəsmilər və dini konfessiya rəhbərləri də Azərbaycandakı dini tolerantlığın nümunəviliyindən danışıblar.

 

Tədbir çıxışlarla davam edib.

Müəllif | Apa.Tv
Apa.tv