Azərbaycan prezidenti Fransaya işgüzar səfərə gedib
Noyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün Fransaya işgüzar səfərə gediblər.
APA TV-nin məlumatına görə, Parisin Orli beynəlxalq aeroportunda dövlət başçısı və xanımını Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Xatırladaq ki, noyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb.