Bakıda kafedə dava: iki dost bıçaqlaşdı
Ötən gecə paytaxtın Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə “8-ci kilometr bazarı”nda yerləşən kafelərin birində qeydə alınıb.
29 yaşlı Tural Rüstəmov dostu ilə kafedə yeyib-içdikdən sonra mübahisələri düşüb. İçki məclisi sonda bıçaqlanma ilə nəticələnib. Tanışı tərəfindən bıçaqlanan Tural Rüstəmovu hadisə yerinə çağırılan təcili yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıblar.
Xəstəxanadan verilən məlumata görə, yaralı xəstəxanaya daxil olanda içkili vəziyyətdə olub. Onun kürək nahiyəsindən 1 bıçaq zərbəsi aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.