Qaradağda "Mercedes"lə "Opel" toqquşdu: xəsarət alan var
Qaradağ rayonunda yol qəzası baş verib verib. APA TV-nin məlumatına görə, hadisə Lökbatan dairəsi adlanan ərazisində qeydə alınıb.
Dairədə "Mercedes"lə "Opel" toqquşub. Qəzaya sürücülərin bir-birini gözləməməsi səbəb olub. Hadisə zamanı sürücülərdən Rəsul Cəbrayılov xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Olay yerinə yol polis əməkdaşları gəliblər.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.