Metronun “Ulduz” və “İnşaatçılar” stansiyalarının adları dəyişdiriləcək
Azərbaycanda bir neçə metro stansiyasına vaxtıilə qoyulan adlar dəyişdirilə bilər. Metropolitenin İnşaat üzrə rəis müavini Rizvan Bayramov APA TV-yə dedi ki, belə praktika əvvəllər də mövcud olub. Dəyişikliyə səbəb isə həmin metro stansiyaların adlarının yerləşdikləri ərazilərə uyğun gəlməməsidir.
Metropoliten rəsmisi adışəkilə iki stansiyanın hansı adlarla əvəz olunacağını söylədi:
Ulduz stansiyasının içərisində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Babayevin abidə kompleksi ucaldılıb. Çingiz Babayev 1995-ci ilin oktyabrın 28-də "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın partlaması nəticəsində qəhrəmancasına həlak olub. Həmin vaxt "N" saylı hərbi hissədə qərərgah rəisi olan Çingiz Babayev onlarla insanın həyatını xilas edərkən öz həyatını itirib. Partlayış nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət almişdı.