Dollar və rubl bahalaşdı, avro ucuzlaşdı - MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı valyuta məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dolları manat qarşısında bahalaşmaqda davam edir. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,0509 manat olaraq müəyyənləşdirib.
Avronun kursunda ötən günə nisbətən ucuzlaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,1202 manatdır.
Rusiya rublu isə bahalaşıb. Hazırda 1000 rublun rəsmi kursu 16 manatdır.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.