İsmayıllıda "Mercedes" aşdı: 1 ölü, 3 yaralı

Muğanlı-İsmayıllı yolunda bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Girdiman çayı yaxınlığında qeydə alınıb.

 

Qəbələ rayon sakininə məxsus 99 DH 036 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı Qəbələ rayon sakinləri - 1950-ci il təvəllüdlü Habil Məmməd oğlu Cəbrayılov, 1989-cu il təvəllüdlü Elmar Atabala oğlu Talıbov və 1985-ci il təvəllüdlü Tural Ağamurad oğlu Muradov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Qəbələ sakini, 1974-cü il təvəllüdlü Qəhrəman Dəyanət oğlu Niftəliyev aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov