Fransa aviasiyası İŞİD mövqelərini yenə bombaladı

Fransa hərbi aviasiyası Suriyada İŞİD mövqelərini yenidən bombalayıb. APA TV-nin "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, zərbələr Rəqqa şəhərinə endirilib.

"Fransa qırıcıları son iki gündə ikinci dəfə İŞİD mövqelərini bombalayıb. Nəticədə terrorçuların mərkəzi komanda qərargahı və təlim düşərgəsi məhv edilib", - deyə Fransa Hərbi Hava Qüvvələri komandanlığından bildirilib.

Xatırladaq ki, Ər-Rəqqa şəhəri İŞİD-in əsas mövqeyi hesab edilir və terrorçular bu şəhəri özlərinin paytaxtı adlandırırlar. Fransa aviasiyası ötən gün də Rəqqanı bombalayıb. Əməliyyatlar Paris hadisələrindən sonra intensivləşib.

 

Müəllif | Apa.Tv
Apa.tv