Rusiya etiraf etdi: Təyyarə terror aktı nəticəsində partladılıb

"Misir səmasında "Koqalımavaya" aviaşirkətinə məxsus təyyarə terror aktı nəticəsində qəzaya uğrayıb". APA TV-nin "Vesti.ru"ya istinadən xəbərinə görə, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib.

"Təyyarə terror aktı nəticəsində partladılıb", deyə o, etiraf edib.

Bortnikov bildirib ki, təyyarənin göyərtəsində partlayıcı qurğu yerləşdirilib. Həmin qurğu xaricdə hazırlanıb. Bu barədə prezident Putinin keçirdiyi müşavirədə o əlavə edib ki, təyyarə havada partlayıb və bir neçə hissəyə bölünüb.

Xatırladaq ki, Rusiyaya məxsus А321 təyyarəsi oktyabrın 31-də Misirin Sinay yarımadası üzərində qəzaya uğrayıb. Layner Şarm-əl-Şeyx kurort şəhərindən Sankt-Peterburq istiqamətində uçub. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 224 nəfərin hamısı həyatını itirib. Onların əksəriyyəti Rusiya vətəndaşları olub. 

Müəllif | Apa.Tv
Apa.tv