Əmək yarmarkası, 262 vakansiya...

"Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidməti tərəfindən Turizm və Menecment Universitetində keçirilən yarmarkada 59 müəssisə üzrə ümumilikdə 262 vakansiya təklif olunur. Müəssisələr arasında turizm və sığorta şirkətləri və digər təyinatlı şirkətlərin adları var".

 

Analoji yarmarkaların keçirilməsində məqsəd ali və orta ixtisas təhsili müəssisələri məzunlarının öz ixtisaslarına uyğun iş yerləri ilə təmin olunmasıdır. Bildirilib ki, təkcə cari ilin 9 ayı ərzində təşkil olunan yarmarkalarda işlə təmin edilənlərin 41, peşə hazırlığı kurslarına cəlb olunanların isə 75,4 faizini məhz gənclər təşkil edib. Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli jurnalistlərə açıqlamasında gənclərin məşğulluğunun təmin olunması istiqamətində təşkil olunan yarmarkaların önəmindən danışıb. Xidmət rəisi bu günə kimi keçirilən yarmarkalarda işlə təmin olunanların statistikasını da açıqlayıb:

 

"Tədbirin əsas məğzi tələbələrimizə əmək bazarında iştirak edən şirkətlər barədə geniş məlumat verməkdir. Tələbələr bilməlidirlər ki, onlar ali məktəbi bitirəndən sonra harada işləyəcəklər, karyera məsələləri necə cərəyan edəcək, həmin şirkətlərdə əmək haqqı necədir. Burda həm turizm şirkətləri, həm də turizm sektoruna yaxın şirkətlər iştirak edirlər. Tələbələr burda həm təlim həm müvəqqəti, həm də yarım günlük iş yerləri tapa bilirlər".

 

O da bildirilib ki, bu il altı ali və orta ixtisas təhsili müəssisələrində "Karyerada ilk addım" şüarı altında əmək yarmarkaları təşkil olunub. Bu tədbirlər çərçivəsində 254 nəfər boş iş yerlərinə göndərilib, 1447 iş axtaran isə müvafiq peşə hazırlığı kurslarına cəlb olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv