“Sədərək”də polis əməkdaşları ilə müştəri arasında insident olub - AÇIQLAMA
Dünən axşam saatlarında “Sədərək” Ticarət Mərkəzində bıçaqlanma hadisəsi baş verdiyi barədə məlumat yayılıb. Məlumata görə, münaqişə tərəflərindən biri mərkəzin mühafizəçiləri olublar. Mərkəzin mətbuat katibi Kəmaləddin Qədim APA TV-yə verdiyi açıqlamada “Elit” adlanan hissədə müştəri ilə bazarın iki mühafizəçisi arasındakı mübahisə baş verdiyini təsdiqləyib.
“Bizdə daxili nizam intizam qaydaları var. Bu bazar nəzarət altındadır. Buranın təhlükəsizliyi qorunur. Hər hansı bir təhlükəsizlik pozulursa, dərhal tədbir görünür”
Mətbuat katibi bildirib ki, insident müştəri ilə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları arasında olub və hazırda faktla bağlı araşdırma aparılır.
“Elit” adlanan korpusda daxili nizam intizam qaydalarını pozan vətəndaşla polis əməkdaşları arasında insident yaşanıb. Heç bir ölüm hadisəsi zad yoxdur. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb”.
Mərkəzin təmsilçisi Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının “Sədərək” Ticarət Mərkəzində mühafizəni təmin etdiyini deyib.