Parisdəki terrorla bağlı 7 nəfər saxlanıldı

Almaniyanın Alsdorf şəhərində Parisdə törədilən terror aktları ilə əlaqəsi olmaqda şübhəli bilinən 7 nəfər saxlanılıb.

 

APA TV-nin məlumatına görə, bu barədə “RİA Novosti”yə Alsdorf şəhərinin daxil olduğu Axen dairəsinin polis idarəsindən bildirilib.

 

Bundan əvvəl xarici mətbuatda qeyd olunan iş üzrə iki qadın və üç kişinin saxlanıldığı bildirilib.

 

Məlumata görə, xüsusi təyinatlılar çoxmənzilli binada apardığı əməliyyat zamanı daha iki şəxsi saxlayıblar. Hazırda onların şəxsiyyəti və Parisdə törədilən terror aktları ilə əlaqəsi müəyyənləşdirilir.

 

Xatırladaq ki, 132 nəfərin öldüyü və 352 nəfərin yaralandığı terrora görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Yaralılardan 80 nəfərin vəziyyəti ağır olduğundan, itki sayının çoxalması gözlənilir.

 

Müəllif | Apa.Tv