Almaniya - Hollandiya matçı təxirə salındı: BOMBA HƏYƏCANI

Ötən gün Almaniya və Hollandiya yığmaları arasında keçiriləcək hazırlıq oyunu təhlükəsizlik səbəbi ilə təxirə salınıb.

 

APA TV-nin məlumatına görə, Almaniyanın Hannover şəhərində keçiriləcək hazırlıq matçı öncəsi aşkarlanan şübhəli bir paketə görə stadion boşaldılıb.

 

Daha sonra stadion ətrafındakı yollar bağlanıb. Polis əməkdaşları paketi götürərək incələyiblər. Lakin içindən hər hansı təhlükəli əşya çıxmayıb.

 

Hannover stadionu yaxınlığındakı avtomobillərin birində isə partlayıcı qurğu aşkarlanıb. Məlumata görə, partlayıcı qurğu “təcili yardım” avtomobilində tapılıb.

 

Hannover polisinin rəisi bildirib ki, terrorçular partlayıcı qurğunu stadionun daxilində partlatmağı planlaşdırıblar. Stadionun qarşısına çoxlu sayda polis əməkdaşları cəlb edilib.

 

Qeyd edək ki, Hannoverin “HDI Arena” stadionunda keçiriləcəyi planlaşdırılan oyunu tribunadan Almaniya kansleri Angela Merkelin də izləməsi gözlənilirdi.

 

Müəllif | Apa.Tv