Dollar və rubl yenə bahalaşdı, avro ucuzlaşdı - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dolları manat qarşısında bahalaşmaqda davam edir. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,0510 manat olaraq müəyyənləşdirib.

 

Avronun kursunda yenə ucuzlaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,1183 manatdır.

 

Rusiya rublu isə bahalaşıb. Hazırda 1000 rublun rəsmi kursu 16 manat 20 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.

Müəllif | Apa.Tv
Apa.tv