Parisdə vəziyyət yenidən gərginləşdi: terrorçu-qadın özünü partlatdı

Paris yaxınlığında keçirilən əməliyyat zamanı terrorçu-kamikadze özünü partladıb.

APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, qadın üzərindəki partlayıcı qurğunu işə salıb.

 

Terrorçu qadın polislərin mühasirəsinə düşüb. Partlayış nəticəsində asayiş keşikçilərindən ölən və yaralanan olmayıb.
 

Qeyd edək ki, Sen-Denidə keçirilən əməliyyatın məqsədi Parisdəki terror aktlarının təşkilində şübhəli bilinən Abdelhamid Abaudun saxlanılması olub. 

Müəllif | Apa.Tv
Apa.tv