Yağışlı hava şəraiti davam edəcək - PROQNOZ
Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, səhər bəzi yerlərdə çiskinli olacağı, arabir tutulacağı, günün ikinci yarısında isə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gündüz cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.