Xaçmazda 36 yaşlı kişi ov tüfəngi ilə özünü öldürdü
Bu gün səhər saatlarında Xaçmaz rayonunda intihar hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kiçikbaraxun kəndində qeydə alınıb.
1979-cu il təvəllüdlü kənd sakini Elçin Oqtay oğlu Arzumanov ov tüfəngi ilə özünü öldürüb.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.