Fransa şokda: polis Paris terrorunun təşkilatçısını tuta bilmədi - ƏMƏLİYYAT BİTDİ

Fransa polisi Paris yaxınlığında başladığı əməliyyatda 13 noyabr partlayışlarında təqsirləndirilən sonuncu terrorçu da ələ keçirilib.

 

APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi xəbərə görə, Yelisey sarayında ölkə prezidenti Fransua Olland baş nazir Manuel Vals və daxili işlər naziri Bernar Kaznevlə birlikdə Sen-Deni əməliyyatının gedişi barədə davamlı məlumatlandırılıb. Əməliyyatın sona yaxınlaşdığını onlara ədliyyə naziri Kristian Tobira xəbər verib.


Xatırladaq ki, Paris yaxınlığında əməliyyat bu gün səhər saatlarında başladılıb. Əvvəlcə iki terrorçu məhv edilib, daha sonra mühasirəyə alınan bir qadın-kamikadze ələ keçməmək üçün özünü partladıb. 5 terrorçunun ələ keçirildiyi bildirilir. Əməliyyat zamanı 3 polis nəfəri yaralanıb, bir dinc sakin həyatını itirib.


Mətbuatın yazdığına görə, bu əməliyyatlarda məqsəd Paris terrorunun təşkilatçısı olan Abdülhəmid Abaudun tutulması olsa da, bu mümkün olmayıb. Abaudun Sen-Denidə olub-olmadığı hələ də müəyyən edilməyib. ABŞ vitse-prezidenti Cozef Baydenin müşaviri Kolin Kal isə Abaudun artıq Suriyada olduğunu iddia edib.

Müəllif | Apa.Tv
Apa.tv