İtaliyanın kəşfiyyat qurumunun rəhbəri Azərbaycanda olub

Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə İtaliyanın Xarici Məlumat və Təhlükə­sizlik Agentliyinin direktoru general-leytenant Adriano Santini sentyabrın 19-da ölkə­miz­də rəsmi səfərdə olub. APA TV xəbər verir ki, əvvəlcə italiyalı qonaqlar və Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti Fəxri Xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarını, Şəhidlər Xiyabanını ziyarət edib. Sonra Eldar Mahmudov İtaliyanın Adriano Santini qəbul edib.

 

Görüşdə tərəflər arasında enerji təhlükəsizliyi, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusən də getdikcə daha geniş miqyas və təhlükəli xarakter almaqda olan terrorçuluq, ekstremizm, qanunsuz miqrasiya, bundan irəli gələn problemlərlə bağlı fikir mübadiləsi apa­rılıb.

 

Nazir Eldar Mahmudov enerji təhlükəsizliyinin regional və beynəlxalq əhəmiyyət daşıdığını diqqətə çatdırıb, mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbay­canın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar haqqında ətraflı məlumat verib.

 

Adriano Santini İtaliya və Azərbaycan, eləcə də müvafiq strukturlar arasında münasi­bət­lərin inkişafından məmnun qaldığını deyib

Müəllif | Apa.Tv