Bakıda yük avtomobillərinin qənimi ələ keçdi

Bakıda yük avtomobillərindən akkumulyator oğurlayan şəxs saxlanılıb.

 

APA TV-nin məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Xocalı rayon sakini, müvəqqəti olaraq Binəqədi rayonu ərazisində məskunlaşan 35 yaşlı Azər Həsənov iş başında yaxalanıb.

 

Akkumulyatoru tanışına verən zaman polis əməkdaşları onu maddi sübutla həbs ediblər: "Əsasən gecə saatlarında gedirdim oğurluğa. Saat 2-dən 5-ə kimi. Bir gündən bir gedirdim".

 

Polis İdarəsindən verilən məlumata görə, 18-ə yaxın vətəndaş artıq polisə zərərçəkən qismində müraciət edib. Saxlanılan şəxs isə borcu olduğu üçün oğurluq etdiyini bildirib. Oğurlanan akkumulyatorun hər biri 30-40 manat arasında satılıb.

 

Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv