İŞİD Norveç və Çin vətəndaşlarını edam etdi
İŞİD terror qruplaşmasının silahlıları Suriyada girov götürdükləri Norveç və Çin vətəndaşlarını edam ediblər.
APA TV-nin TASS agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl terrorçular girovların azad edilməsi üçün pul istədiklərini bildirmişdilər.
Norveç hökuməti bu ilin yanvarında girov götürülən vətəndaşı Ule Yuxan Qrimsqord-Ofstadın azad olunması üçün pul verməyəcəyini bəyan etmişdi. Çindən olan girovun adı açıqlanmır.
Son günlər Fransanın və Rusiyanın İŞİD-ə qarşı hücumlarının sayının artması fonunda terror təşkilatının rəhbərləri ailələri ilə birgə Raqqadan Mosula köçməyə başlayıblar.
Bu barədə mərkəzi London şəhərində yerləşən Suriya İnsan Haqları Müşahidə Şurası məlumat yayıb.
Məlumata görə, son günlər terror təşkilatının fəalları öz ailələri ilə birlikdə Raqqadan qaçırlar. Təşkilatın açıqlamasına görə, son 3 gündə Raqqaya edilən hücumlar nəticəsində ən azı 33 İŞİD üzvü məhv edilib.