Azərbaycanlı teleaparıcıya ağır itki: oğlu əməliyyat zamanı öldü

Aparıcı Afaq Gəncəliyə ağır itki üz verib. APA TV-nin məlumatına görə, aparıcının oğlu Qədirxan dünyasını dəyişib.

 

Onun Türkiyədə müalicə aldığı xəstəxanada əməliyyat zamanı dünyasının dəyişdiyi deyilir. Tanınmışlar Afaqa sosial şəbəkə vasitəsilə başsağlığı veriblər.

 

Qeyd edək ki, Afaq Gəncəlinin oğlu uzun müddətdir Ankarada müalicə alırdı.

 

Allah rəhmət eləsin!

 

Müəllif | Apa.Tv