Ədliyyə naziri vətəndaşları qəbul edib

Bu gün Şirvan regional ədliyyə şöbəsində Ədliyyə naziri Fikrət Məmmədov Şirvan şəhərindən, Salyan, Neftçala, Hacqabul, Sabirabad, İmişli, Beyləqan, Biləsuvar, Saatlı, Füzuli, Xocavənd və Cəbrayıl rayonlarından olan bir qrup vətəndaşı qəbul edib. APA TV xəbər verir ki, qəbul zamanı vətəndaşların ədliyyə orqanlarının, o cümlədən notariat, vətəndaş qeyiyyatı, habelə məhkəmə qərarlarının icrası və işə qəbulla baglı müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib. Digər müraciətlərin baxılması üçün qeydlər aparılıb. Nazir ədliyyə orqanlarına aid olmayan digər məsələlərin araşdırılması üçün aidiyyatı qurumlara göndərilməsinə göstəriş verib.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı