"Qalatasaray" Həmzəoğlu ilə vidalaşdı

Türkiyənin “Qalatasaray” futbol klubu baş məşqçi Həmzə Həmzəoğlu ilə yollarını ayırdığını açıqlayıb. APA TV-nin məlumatına görə, bu barədə klubun rəsmi internet səhifəsində bildirilir.

 

"Qalatasaray" futbol klubunun baş məşqçisi Həmzə Həmzəoğlunun müqaviləsinə əldə olunan qarşılıqlı razılaşma çərçivəsində xitam verilib. “Məşqçimizə bu günə qədər klubumuza verdiyi xidmətlər üçün təşəkkür edir, ona bundan sonrakı karyerasında uğurlar diləyirik" - deyə, məlumatda qeyd edilir.

 

Qeyd edək ki, Türkiyənin "Qalatasaray" klubu 44 yaşlı Həmzə Həmzəoğlu ilə keçən ilin dekabrında rəsmi müqavilə imzalayıb. Həmzəoğlu 2011-14-cü illərdə Superliqada “Akhisar”la uğurlu bir dövr keçirdikdən Türkiyə millisində baş məşqçi Fatih Terimin köməkçisi olub. O, həmçinin futbolçu karyerası dönəmində "sarı-qırmızılar"ın (1991-1995) formasını geyib.

 

Müəllif | Apa.Tv