Rusiya və Çin 2 milyard dollarlıq hərbi saziş imzaladı

Rusiya ilə Çin arasında 2 milyard dollar dəyərində hərbi müqavilə imzalanıb.

 

APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, sözügedən anlaşma Rusiya tərəfindən bu ölkəyə ümumi dəyəri 2 milyard dollar həcmində qiymətləndirilən 24 ədəd Su-35 hərbi təyyarəsinin ixracını nəzərdə tutur.

 

Razılaşmanın əldə olunmasını Rusiyanın "Rostex" Korporasiyasının baş direktoru Sergey Çemezov da təsdiqləyib.

 

Qeyd edək ki, SU-35 T-10S platformasının yüksək modifikasiyalı forması olmaqla, Rusiyanın bir çox müasir tələblərə cavab verən 5-ci nəsil qırıcılarındandır. 

Müəllif | Apa.Tv
Apa.tv