Samuxda bir ailə qəzaya uğradı: 2 ölü, 3 yaralı

Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndinə gedən yolda qeydə alınıb.

 

1988-ci il təvəllüdlü Nizami Məmmədov idarə etdiyi “Daewoo” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan ağaca çırpılıb. Qəza zamanı sürücü və sərnişin Xatirə Atayeva hadisə yerində ölüblər.

 

Gəncə şəhərinin Məhsəti qəsəbə sakinləri - 1977-ci il təvəllüdlü Sabirə İsgəndərova, 1979-cu il təvəllüdlü İntizar Şəfiyeva və 1986-cı il təvəllüdlü Nahidə Atayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

 

Məlumata görə, avtomobildə olanlar İmamzadə qəbiristanlığından yaxınlarının məzarını ziyarətdən qayıdırmışlar. Dünyasını dəyişən qadınla yaralanan Nahidə Atayeva və İntizar Şəfiyeva bacıdırlar.

 

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli