Paris terrorunun yeni kadrları yayımlandı - KAMERA GÖRÜNTÜSÜ

Noyabrın 13-də Parisdə baş vermiş silsilə terror aktlarının yeni görüntüləri yayılıb. APA TV-nin məlumatına əsasən, görüntülər terrorçuların hücum etdiyi restoranın müşahidə kameraları tərəfindən qeydə alınıb.

 

Kadrlarda silahlı terrorçunun öncə kafeni küçədən atəşə tutduğu, daha sonra içəri daxil olaraq qarşısına çıxan hər kəsi güllələdiyi görünür. Kameralar insanların təşviş içində polis və təcili yardıma zəng etdiyi anları da yaddaşa köçürüb.

 

Xatırladaq ki, noyabrın 13-də Parisdə silsilə terror aktları törədilib. Öncə silahlılar restoran ziyarətçilərini hədəfə alıb, ardınca Fransa-Almaniya yığmaları arasında oyunun keçirildiyi "Stad de Frans" stadionu yaxınlığında partlayış səsləri eşidilib. Oyunu izləyənlər arasında Fransa prezidenti Fransua Olland da olub. Silsilə terror aktlarının növbəti ünvanı isə "Bataklan" teatrı olub. Həmin gün Parisdə terrorçular 132 nəfəri qətlə yetirib, 352 nəfəri yaralayıb.

Müəllif | Apa.Tv
Apa.tv