Zaqatalada 51 yaşlı kişi özünü asdı - İŞ YERİNDƏ
Zaqatalada rayon Kommunal Müəssisələri Kombinatının gözətçisi iş yerində intihar edib. APA TV-nin məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Kommunal Müəssisələri Kombinatının əməkdaşları işə gələrkən idarənin həyətindəki altıaçıqda asılmış kişi meyiti aşkar ediblər. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Aparılan araşdırma zamanı məlum olub ki, intihar edən şəxs həmin idarənin gözətçisi, Zaqatala şəhər sakini, 1964-cü il təvəllüdlü Pənah Şeyub oğlu Osmanovdur.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.