Bütün dövrlərin bəlası - qrip...

Havaların dəyişməsi ilə əhali arasında qrip infeksiyaları artıb. Bu dəyişkənlik həm böyüklərə, həm də uşaqlara mənfi təsir göstərir. Həkim-infeksionist Sədrəddin Atakişizadə deyir ki, payız-qış aylarında adətən yuxarı tənəffüs yollarının kəskin respirator xəstəliklərinin baş qaldırması halları geniş yayılır. Bu mövsümdə əsasən, qrip və müxtəlif infeksion xəstəliklər müşahidə olunur. APA TV-nin məlumatına görə, aparılan yoxlamalar zamanı məlum olub ki, xəstəliyə əsasən immuniteti zəif olan insanlar yoluxur. Qripin ağırlaşması isə hətta ölümlə nəticələnir. Hazırda müşahidə olunan qrip mövsümi xarakter daşıyır və təhlükə yoxdu. Buna görə də bu xəstəlik epidemiya həddinə hələ ki, çatmayıb. Əgər belə bir hal müşahidə olunarsa, əhalinin vaksinasiyası həyata keçiriləcək. Ancaq hazırda bu baxımdan vəziyyət stabildi. Daha çox tempraturla müşahidə edilən sözü gedən xəstəliyin müalicəsinin ev şəraitində aparımasını həkimlər daha məqsədə uyğun hesab edir. Çünki qrip hava damcı yolu ilə yayıldığından ətrafdakı insanların yoluxması və yaxud da yoluxmuş insanın sağalmaq ərəfəsində olan insanı yenidən yoluxdurması mümkündür. Həkimdən onu da öyrəndik ki, qrip virusuna yoluxmuş şəxslərdə üç gün müddətində səbəbsiz 38-39 dərəcə hərarət müşahidə edilir. Bundan sonra xəstədə ya boğaz ağrısı, ya qusma, ya da öskürək əlamətləri müşahidə edilməyə başlayır. Öskürək quru şəkildə yeddi gün davam etdikdən sonra bəlğəmli öskürəyə çevrilir. Bu da xəstələr arasında ciddi narahatlıq yaradır. Narahatlığın ən başlıca səbəbi isə artıq 3 aydan bəri ölkədə iri buynuzlu heyvanlar arasında dünyabir virusunun yayılması və bu xəstəliyin insanlara yoluxma ehtimalıdır. Mütəxəssislər isə bildirir ki, bu xəstəliyin insana keçmə ehtimalı yoxdur. Paytaxt sakinləri isə yoluxduqları qrip xəstəlyinin əlacını axtarırlar. Əsasən azyaşlıarı bu xəstəlikdən uzaq tutmaq lazımdır. Belə ki, yüngül saydığımız qrip xəstəliyi ağırlaşaraq uşaqlarda böyrək çatışmazlığı və qulağın zəif eşitməsi kimi fəsadlara gətirib çıxara bilir. Körpələr xüsusilə qrip mövsümü yaxınlaşan zaman yaxşı qidalanmalı və onların immun sistemi gücləndirilməlidir.

 

Müəllif | Apa.Tv