Goranboyda 78 yaşlı qadın yanıb
Goranboy sakini yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, rayonun Xoylu kənd sakini, 1937-ci il təvəllüdlü Ağgül Mehdiyeva yuxarı ətrafın 2-3-cü dərəcəli yanığı xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, Ağgül Mehdiyeva yaşadığı evdə odun sobasını yandırarkən ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.