Xətaidə yolu keçmək istəyən piyadanı maşın vurdu

Xətai rayonunda yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Fəhlə prospektində "KİA" markalı avtomobil yolu keçmək istəyən piyada Tofiq Məhərrəmovu vurub.

 

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

 

Həkim Ramella Məmmədovanın sözlərinə görə, xəstə dərhal müayinələrdən keçirilib: "Ona qapalı kəllə-beyin travması, baş beynin sirkələnməsi, başın təpə nahiyəsinin əzilmiş yarası və qarının küt travması diaqnozu qoyulub. Reanimasiya şöbəsində olan xəstənin vəziyyəti stabildir".

 

Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib. Araşdırmalar davam edir.

 

Müəllif | Apa.Tv