İŞİD ABŞ-ı terrorla hədələdi: növbəti hədəf Nyu-York olacaq

Fransada terror aktı törədən İŞİD terror təşkilatı Amerika Birləşmiş Ştatlarını (ABŞ) təhdid edən videoçarx yayımlayıb.

 

APA TV-nin  məlumatına görə, videoçarxda təşkilat bu dəfə paytaxt Nyu-Yorkda "Times Meydanı"nda terror törədəcəyini bildirib.

 

Yayılan görüntülərdə bir İŞİD silahlısının hazırladığı bombaları qurşaq şəklində öz belinə bağladığı və jaketinin altında gizlətdiyi görünür.

 

"Times" Meydanından görüntülərlə birləşdirilərək verilən kadrlarda İŞİD silahlısının həmin meydana gedərək bombanı partladacağı anons edilir.

 

Video yayımlanandan dərhal sonra Nyu-York Polis Departamentinin komissarı Uilliam Bratton videonun təcili şəkildə hazırlandığını bildirərək, "bundan xəbərimiz var, ancaq qorxmadıq" açıqlamasını verib.

 

Qeyd edək ki, "Times" Meydanında noyabrın 26-da "Şükranlıq Bayramı" münasibətilə parad, dekabrın 2-də isə Yeni il bayramı münasibətilə yolkaların işıqlandırılması mərasimləri olacaq.

 

Müəllif | Apa.Tv