Avro bahalaşdı, dolların kursu dəyişmədi - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi manata nisbətdə dəyişməyib. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1.0506 manat olaraq müəyyənləşdirib.

 

Avronun kursunda isə bahalaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1.1257 manatdır.

 

Rusiya rublu isə ucuzlaşıb. Hazırda 1000 rublun rəsmi kursu 16 manat 20 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir. Növbəti məzənnələr bazar ertəsi, noyabrın 23-də açıqlanacaq.

Müəllif | Apa.Tv
Apa.tv