Gəncədən sərnişin avtobusu ilə Bakıya 8 kilo nəşə gətirdi - NONSENS

Gəncədən 8 kiloqram narkotik maddəni sərnişin avtobusu ilə Bakıya gətirən Elman Mirzəyev həbs olunub.

 

Binəqədi Rayon Polis İdarəsi və 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Gəncə şəhər sakini Elman Mirzəyevin əlindəki torbaya baxış zamanı 8 kiloqram 70 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

E. Mirzəyev ifadəsi zamanı narkotik maddəni satmaq niyyəti ilə Bakı şəhərinə gətirdiyini bildirib: "Satmaq məqsədilə gətirmişdim, polis əməkdaşları tutdu".

 

Qeyd olunan faktla bağlı Binəqədi Rayon Polis İdarəsində başlanan araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv