Cəlilabadda dəhşət: azyaşlı uşaq yanaraq öldü

Cəlilabadda ölümlə nəticələnən dəhşətli yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Əliqasımlı kənd sakini Nurəddin Abiyevə məxsus fərdi yaşayış evində qeydə alınıb.

 

Ümumi sahəsi 108 kv. metr olan evin otaqlarının birində başlayan yanğının əhatə dairəsi tez bir zamanda genişlənib. Yanğın zamanı otaqda yatmış ev sahibinin 1 yaş yarımlıq oğlu Xəzər Abıyev yanaraq faciəvi surətdə dünyasını dəyişib.

 

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşınının və canlı qüvvəsinin səyləri ilə güclü alovun digər otaqlara keçməsinin qarşısını alınıb. Lakin evin 20 kv. metrlik sahəsi içindəki əşyalarla birlikdə yanaraq yarasız vəziyyətə düşüb.

 

İlkin ehtimala görə, yanğın otaqdakı odun sobasından düşən alovdan qaynaqlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv