Mali paytaxtında hotelə hücum oldu: ölənlər var
Malinin paytaxtı Bamakoda silahlı insident baş verib. APA TV-nin BBC-yə istinadən xəbərinə görə, naməlum silahlı şəxslər "Radisson Blu" hotelinə hücum edib.
İlkin məlumata görə, hücum zamanı hotelin iki mühafizəçisi öldürülüb. "France Presse" agentliyi hotelə islamçıların basqın etdiyi barədə xəbər yayıb. Onlar hotelin yeddinci mərtəbəsini tutublar. Silahlı şəxslərin əlində girovların olub-olmadığı barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, "Radisson Blu" Malidə çalışan əcnəbilər arasında populyar hoteldir. Bu ilin avqust ayında Malinin Sevare şəhərində də hotelə hücum edilmiş, nəticədə 4 əsgər, 5 BMT əməkdaşı və 4 basqınçı öldürülmüşdü.