İstanbulda qəza törədən sürücü özünü ölülüyə vurdu - KURYOZ
İstanbulda Beşiktaşdan Karaköyə doğru hərəkət edən bələdiyyə avtobusunun sürücüsü öndə gedən motosiklet ucbatından qəza törədib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə avtobus sürücüsü motosikleti vurmamaq üçün qarşı yola keçərək mikroavtobusa çırpılıb. Qəzada mikroavtobusun sürücüsü və içərisində olan 2 nəfər - küveytli turistlər həyatını itirib.
Qəza avtobusdakı nəzarət kameraları vasitəsilə anbaan qeydə alınıb. Hadisədə diqqətçəkən məqam avtobus sürücüsünün qəribə hərəkətləri olub. O, əvvəlcə özünü huşunu itirmiş kimi göstərib, sonradan gözlərini açıb. Kameranın çəkdiyini görəndən sonra yenidən özünü ölülüyə vurub.