Bakıda sevdiyi qızı qətlə yetirən şəxsə 20 il həbs cəzası verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı qətlə yetirməkdə təqsirləndirilən İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA TV-nin məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, İzzət Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib.

Müəllif | Apa.Tv
Apa.tv