QALMAQAL: Hafiz Hacıyev canlı yayımda Cəmil Həsənliyə butulka atdı

İctimai televiziyada prezidentliyə namizədlərin ikinci debatında qalmaqal yaranıb. Qalmaqala prezidentliyə namizədlər - Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və Milli Şuranın namizədi Cəmil Həsənli arasında mübahisə səbəb olub. Tərəflər arasında mübahisə tezliklə qızışıb və Hafiz Hacıyev masanın üstündəki su qabını rəqibinə atıb.

 

Bu hadisədən sonra onsuz da ödənişsiz efir vaxtından tam istifadə etmiş Hafiz Hacıyevə studiyanı tərk etmək təklif olunub və o, studiyadan çıxıb. Eyni təklif Cəmil Həsənliyə də edilib. Lakin o, Hafiz Hacıyevin onun ödənişsiz təşviqat vaxtının 25 saniyəsini mənimsədiyini iddia edərək, studiyadan çıxmaqdan imtina edib.

 

Debatın moderatoru Cəmil Həsənliyə xatırladıb ki, o, nəzərdə tutulan 6 dəqiqəlik ödənişsiz efir vaxtından istifadə edib və etirazını Mərkəzi Seçki Komissiyasına bildirmək hüququna malikdir. Nəhayət, Cəmil Həsənli də studiyanı tərk edib.

 

Prezidentliyə namizəd Araz Əlizadə və prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov isə studiyada baş verənlərə münasibət bildiblər.

 

Beləliklə, prezidentliyə namizədlərin bu dəfəki debatı başa çatıb.

 

 

Müəllif | Apa.Tv